Siyasət

  • 3 737

Sabirabadda Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı və Sabirabad rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar gənclərin vətənə məhəbbət, xalqın tarixinə hörmət və ehtiram ruhunda tərbiyə olunması və Ümummilli Lider Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaq məqsədilə “Ulu öndər Heydər Əliyev gənclərin gözü ilə” mövzusunda bir qrup gəncin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuşdur.

Ekskursiya iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül çiçək dəstləri düzüb və əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış olmuşlar. Mərkəzin işçisi Səlmi Mehtiyeva gənclərə Mərkəz haqqında məlumat verərək bildiridi ki, Mərkəzdə Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.

Ekskursiya iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Mərkəzdə yerləşən konfrans zalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısa metrajlı filimlə tanış olublar.

Tədbirdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə və Mərkəzin baş mühafizi Səlmi Mehtiyeva çıxışlar edərək ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında gənclərə ümumi məlumətlar veriblər.

Digər xəbərlər