Siyasət

  • 769

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib

image

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş verən avtobus qəzası ilə əlaqədar başsağlığı verib. SİA xəbər verir ki, nazir bununla bağlı "tviter" hesabında paylaşım edib.

“Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.

Qeyd edək ki, Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb. Avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 41 nəfər yaralanıb.

Digər xəbərlər