Siyasət

  • 1 616

Regionların dinamik inkişafı ölkəmizi daha da gücləndirir ŞƏRH

image

Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev son 19 ildə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir. Artıq Möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu strategiya nəticəsində ölkəmiz qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən birinə çevrilmişdir.Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” sistemli, ardıcıl və davamlı şəkildə həyata keçirilir. Bü¬tün bu amillər ölkə başçısının regi¬onlara və vətəndaşlarımıza, onların sağlamlığına, maddi rifahına xüsusi diqqətinin təzahürüdür. Cənab Pre¬zidentin mütəmadi olaraq müxtəlif bölgələrimizə səfərləri bu ərazilərin ta¬razlı inkişafına və müasirləşməsinə bilavasitə öz töhfəsini verməkdədir . Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin avqustun 12-də Ağsu və İsmayıllı rayonlarına səfəri Azərbaycanda son illər aparılan abadlıq-quruculuq işlərinin və iqtisadiyyatın, eləcə də bölgələrimizin inkişafı istiqamətində atılan addımların bariz təcəssümüdür. Prezident cənab İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi zamanı ölkəmizdə ərzaq məhsullarının təminatı haqqında mühüm fikirlər səsləndirirək bildirdi ki, “Ölkəmiz bu gün 100 faiz ərzaq məhsulları ilə təmin olunmur, bu istiqamətdə ardıcıl işlər aparılmaqdadır. Bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir.”Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün məqsədyönlü tədbirlər, eləcə də ərzaq təhlükəsizliyini bilavasitə şərtləndirən aqrar sahənin inkişafına yönəlmiş genişmiqyaslı dövlət proqramları bu gündə uğurla həyata keçirilməkdədir. Bu istiqamətdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları mühüm rol oynayır. Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir deyən Prezident cənab İlham Əliyev onu da qeyd etdi ki, bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır. Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq.Bütün bunlar onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzur qarşıdakı illərdə əvvəlki barlı-bəhrəli şöhrətini qaytaracaq, həmçinin region ölkələrinə və mənfur qonşularımıza bir örnək olaraq cənnətə və gülüstana çevriləcəkdir.

Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini

Digər xəbərlər