Siyasət

  • 4 195

DTX 8 Noyabr – Zəfər Günü münasibətilə videoçarx hazırlayıb - VİDEO

image

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifələrindən olan 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib. SİA xəbər verir ki, DTX-nin sosial şəbəkə hesablarında paylaşılan videoçarxda mədəniyyət paytaxtımız Şuşanın ümumi görüntüsü verilib.

Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan şanlı səhifə yazan qətiyyətli sərkərdə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində düşməni darmadağın edərək qazandığı tarixi Qələbə tərənnüm olunur. Videoçarxda Azərbaycan Ordusunun döyüş meydanında düşmənə sarsıdıcı zərbələr vurmasını, Ermənistan ordusunun bölmələrinin darmadağın edilməsini, işğaldan azad olunan ərazilərdə Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağının ucaldılmasını, müharibədə “Dəmir yumruq” kimi sarsılmaz birlik sərgiləyən əzmkar xalqımızın Qələbə coşqusunu əks etdirən görüntülər yer alıb.

Xüsusi vurğulamaq lazımdır ki, ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ulu öndər Heydər Əliyevin layiqli irsini uğurla davam etdirən Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları Vətən müharibəsində doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə yüksək vətənpərvərlik, rəşadət və qəhrəmanlıq nümunələri göstəriblər.

Digər xəbərlər