“Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.Bu barədə SİA-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.Qeyd olunub ki, ənənəvi olaraq Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub.Bakı Şəhər İcra Hakimiyyətinin qurumları Şəhidlər Xiyabanında geniş təmizlik və abadlıq işləri görür, ağacların budaqlarını, bəzi kolları budayıb, qazon örtüyünü yeniləyib, yeni güllər və kollar əkib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, Xiyabandakı hər iki məşəldə profilaktika aparır.Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
sia.az
Subaru Brataroo 9500 Turbo sadəcə tüninq edilmiş avtomobil deyil, həm də mədəni bir fenomenin bir hissəsidir...
Benzin qiymətlərinin artması səbəbindən...
Ədviyyatın uzun müddətli həddindən artıq istifadəsi ciddi sağlamlıq riskləri yaradır...