Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Niyə peşədə ciddi kadr çatışmazlığı var...
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...
Ürək və sümük sağlamlığı üçün...
Son söz sizindir...