“Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir”. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Anthropik işçi süni intellektlə bağlı şok faktları açıqlamaq üçün istefa verib...
Kadırov həm də müəyyən bir dəbi izləmək üçün çox uzun saqqal və qısa şalvar geyinən gənclərə müraciət edib...
Müharibə getdikcə mülki iqtisadiyyatdan pulları tükəndirir...