PDF Oxu

Sosial

  • 1 181

Onlayn sorğu keçirilir FOTO

image

Gözəllik salonlarında təhlükəli infeksiyalara yoluxma riskinin araşdırılması və məlumatlandırma məqsədilə onlayn sorğu keçirilir

Sorğu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihəsi çərçivəsində baş tutub.Sorğu vasitəsilə respondentlərin viral hepatit, İİV/QİÇS və vərəm xəstəlikləri barədə məlumatlılıq səviyyəsi və gözəllik salonları/bərbərxanalarda bu infeksiyalara yoluxma riskini yaradan səbəblər öyrəniləcək.

Aparılan onlayn sorğu özlüyündə araşdırma və maarifləndirmə xüsusiyyətlərini ehtiva edir. Belə ki, sorğunu cavablandıran kimi respondentlər "dəqiqliyə baxın" düyməsini tıklamaqla düzgün cavabları görə biləcəklər.

Həmçinin, sorğu bitdikdən sonra respondentlərin e-poçt ünvanlarına aidiyyəti mövzu üzrə maarifləndirici məlumatlar da göndəriləcək.

Sorğu aşağıda qeyd olunan linkə daxil olmaqla cavablandırıla bilər.

https://forms.gle/83wYoSNLsYig1ZvS7

Diqqətinizə çatdırırıq ki, sorğunun keçirilməsi zamanı anonimlik qorunur.

Respondentlər sorğuda fəal iştiraka dəvət olunurlar.

Digər xəbərlər