PDF Oxu

Sosial

  • 1 964

“İnsan hüquqları sahəsində ölkəmizə qarşı ikili standartlara operativ reaksiya verilib” - Ombudsman

image

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ölkəmizə qarşı tətbiq edilən ikili standartlar, qərəzli mövqelər, eləcə də dini, etnik və milli ayrı-seçkilik elementləri daşıyan çıxış və yazılarla bağlı Ombudsman tərəfindən operativ reaksiya verilib, prinsipial mövqe ifadə olunub.SİA xəbər verir ki, bu fikirləri Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə bağlı məruzəsini təqdim edərkən səsləndirib.Ombudsman qeyd edib ki, insan hüquqlarının təşviqi və müdafiəsi istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verilib. Beynəlxalq təşkilatlarla, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə əməkdaşlıq əlaqələri genişləndirilib, müsbət təcrübə mübadiləsi həyata keçirilib. Bu əməkdaşlıq respublikamızın beynəlxalq aləmdə mövqeyinin və nüfuzunun daha da möhkəmlənməsinə töhfə verib.Səbinə Əliyeva bildirib ki, onun təşəbbüsü ilə qanunun aliliyinin gücləndirilməsi, ombudsmanların və milli insan hüquqları institutlarının beynəlxalq və regional şəbəkələrdə yüksək səviyyədə təmsil olunması təmin edilib, bu platformalarda fəal iştirak davam etdirilib.O əlavə edib ki, hesabat ilində beynəlxalq və regional təşkilatlarla tərəfdaşlıq çərçivəsində əməkdaşlıq əlaqələri daha da genişləndirilib, insan hüquqlarının müdafiəsi sahəsində milli və beynəlxalq səviyyədə dialoqun inkişafına əhəmiyyətli töhfələr verilib.Ombudsman vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına ünvanlanan müraciət müasir çağırışlar fonunda beynəlxalq əməkdaşlığın və birgə səylərin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Simpozium çərçivəsində insan hüquqlarının müdafiəsi sahəsində çoxtərəfli hüquqi dialoq və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər

Yaşlandıqca əzələ gücünü necə qorumaq olar..?

Mütəxəssis zədə riskini azaltmağa və illərlə fiziki formanı qorumağa kömək edə biləcək sadə bir məşq öncəsi addımı paylaşıb...

Gecə tərləməsi xərçəngin əlaməti ola bilər...

Lakin bu vəziyyətin başqa səbəbləri də ola bilər...

“Tam qaranlıq çökdü”: klinik ölüm yaşayan insanların hekayələri...

Klinik ölüm yaşayan insanlar işıq, tunellər, səslər və mələklər haqqında danışırlar. Bəs həyat və ölümün astanasında bizi başqa hansı görüntülər ziyarət edə bilər?

Rənginə görə ən sağlam bibərlər müəyyən edilib...

Mütəxəssislər qırmızı və yaşıl bibərləri vitamin və mineral tərkibinə görə müqayisə ediblər...