Aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində Azərbaycan sosial-iqtisadi sahədə böyük uğurlar əldə edib, nailiyyətlər qazanıb. Bu da bir daha Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin alternativsizliyini təsdiq edir. Statistik göstəricilərə əsasən demək olar ki, ölkəmizin hər yerində, eləcə də Qax rayonunda müsbət nəticələr mövcuddur. 2025-ci ildə Qax rаyоnun iqtisadi və sosial inkişаfında qazanılan uğurlar bunu deməyə əsas verir. Belə ki, rayon üzrə məhsul istehsalı 2024-cü illə müqayisədə 2025-ci ildə ilkin məlumatlara əsasən 0,7 faiz artaraq 208597,2 min manat təşkil etmişdir. Məhsul istehsalının 12,2 faizi sənaye, 3,3 faizi tikinti, 52,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,7 faizi informasiya və rabitə, 26,5 faizi isə ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin payına düşmüşdür.Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 25405,4 min manatlıq və ya əvvəlki illə müqayisədə 1,2 faiz az sənaye məhsulu istehsal edilmişdir. İstehsal olunmuş sənaye məhsulunun və göstərilmiş xidmətlərin ümumi həcminin 228,2 min manatını mədənçıxarma sənayesi, 18792,4 min manatını emal sənayesi, 5230,2 min manatını elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi, 1154,6 min manatını isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi təşkil etmişdir. Əvvəlki illə müqayisədə mədənçıxarma sənayesində istehsalın həcmi 79,0 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 6,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 7,7 faiz azalmış, emal sənayesində isə 11,8 faiz artmışdır. İstehsal olunmuş sənaye məhsulunun 6384,8 min manatı və ya 25,1 faizi dövlət mülkiyyətinin, 19020,6 min manatı və ya 74,9 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşmüşdür. Ümumi istehsalın 74,9 faizi sənaye məhsullarının istehsalı, 25,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.
Kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 109478,7 min manat təşkil etmişdir ki, onun da 68590,8 min manatı bitkiçilik, 40887,9 min manatı isə heyvandarlıq məhsullarının payına düşür.
Əvvəlki illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,5 faiz artmışdır. Kənd təsərrüfatının ümumi məhsulunun tərkibində bitkiçilik məhsullarının xüsusi çəkisi 62,7 faiz, heyvandarlıq məhsullarının xüsusi çəkisi isə 37,3 faiz təşkil etmişdir.Hesabat ilində qarğıdalı da daxil olmaqla tarlalardan 62797,8 ton və ya 2024-cü illə müqayisədə 0,4 faiz çox dənli və dənli paxlalı bitkilər, 2149,6 ton (13,7 faiz az) tərəvəz, 16591,8 ton (0,9 faiz az) meyvə və giləmeyvə, 2835,8 ton (2,0 faiz az) kartof, 844,6 ton (26,1 faiz az) bostan məhsulları, 4127,6 ton (13,9 faiz çox) üzüm, 993,3 ton (9,5 faiz çox) tütün yığılmışdır.
2025-ci ildə diri çəkidə 3033,0 ton ət, 16026,0 ton süd, 7904,0 min ədəd yumurta və 99,0 ton yun istehsal edilmişdir. 2024-cü illə müqayisədə ət istehsalı 25,0 ton və ya 0,8 faiz, süd istehsalı 143,0 ton və ya 0,9 faiz, yun istehsalı 1,0 ton və ya 1,0 faiz azalmış, yumurta istehsalı isə 7,0 min ədəd və ya 0,1 faiz artmışdır. 2026-cı il yanvarın 1-i vəziyyətinə rayon üzrə 55328 baş qoyun və keçi, 18856 baş iribuynuzlu mal-qara, o cümlədən 10308 baş inək və camış mövcud olmuşdur. Rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4638,7 min manat və ya 2024-cü illə müqayisədə 44,7 faiz az vəsait yönəldilmişdir. Ümumi sərmayənin 16,0 faizi dövlət, 84,0 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Əvvəlki illə müqayisədə dövlət müəssisələri tərəfindən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 65,5 faiz, qeyri-dövlət subyektləri tərəfindən yatırılmış sərmayənin həcmi isə 37,5 faiz azalmışdır. Əsas kapitala yönəldilmiş investisiyanın 67,1 faizi və ya 3110,3 min manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 59,8 faiz az olmuşdur.
2025-ci ildə rayon əhalisinin şəxsi vəsaiti hesabına 7618,0 kv.metr sahəyə malik 1142,8 min manat dəyərində 63 fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir ki, 2024-cü illə müqayisədə evlərin sayı 4,5 dəfə artmışdır. Tikinti təşkilatları tərəfindən görülmüş işlərin həcmi (fərdi sahibkarlar nəzərə alınmaqla) 2024-cü illə müqayisədə faktiki qiymətlərlə 24,1 faiz azalaraq 6999,0 min manat olmuşdur. 2025-ci ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 19,8 faizini inşa, yenidənqurma və bərpa, 16,0 faizini əsaslı təmir, 53,3 faizini cari təmir, 10,9 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 78,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Nəqliyyat sektoru üzrə faktiki qiymətlərlə məhsul buraxılışının həcmi 7861,9 min manat və ya əvvəlki illə müqayisədə 85,0 faiz artmışdır. Məhsul buraxılışının 1502,5 min manatı və ya 19,1 faizi nəqliyyat və anbar təsərrüfatı müəssisələrinin, 6359,4 min manatı və ya 80,9 faizi isə fiziki şəxslərin payına düşmüşdür. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 7508,0 min sərnişin və 1409,0 min ton yük daşınmışdır ki, bu da əvvəlki illə müqayisədə 439,0 min sərnişin (6,2 faiz), 78,0 min ton yük (5,9 faiz) çoxdur.
İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehlakçılara 3493,4 min manatlıq və ya 2024-cü illə müqayisədə 28,1 faiz çox xidmət göstərilmişdir. Göstərilmiş xidmətlərin 95,5 faizi dövlət mülkiyyətinin, 4,5 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşmüşdür.
2025-ci ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 219638,1 min manat olmaqla 2024-cü ilə nisbətən müqayisəli qiymətlərlə 0,4 faiz artmış, ümumi dəyərin 78,8 faizini pərakəndə ticarət dövriyyəsi, 17,8 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,4 faizini isə ictimai iaşə dövriyyəsi təşkil etmişdir.
Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü illə müqayisədə 1,0 faiz azalaraq 209124,8 min manata bərabər olmuş, onun 48,3 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşmışdır.
Pərakəndə ticarət şəbəkəsində əhaliyə 172996,1 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 39128,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki illə müqayisədə əmtəə dövriyyəsi 1,9 faiz azalmış, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 9,0 faiz artmış, ticarət şəbəkəsində 115019,8 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 57976,3 min manatlıq qeyri-ərzaq malları satılmışdır.
Rаyоn əhаlisinin sаyı ötən ilin əvvəlindən 163 nəfər və ya 0,3 faiz artaraq 2026-cı il yanvarın 1-i vəziyyətinə 58521 nəfərə çatmışdır. Bir kvadrat kilometrə əhalinin sıxlığı 39 nəfər olmuşdur. 2025-ci ildə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 566 doğulan körpə qeydiyyata alınmış və ötən illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (9,7) qalmışdır.
2025-ci ildə 399 ölüm halı qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,9-dan 6,8-ə düşmüşdür.
2025-ci ildə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 246 nikah və 88 boşanma halları qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 4,5-dən 4,2-dək azalmış, boşanmaların sayı isə 1,2-dən 1,5-ə artmışdır.
Xəzri Məmmədov
Qax rayon Statistika İdarəsinin rəisi
Yeni bir araşdırma körpələrin istirahətində spesifik modelləri müəyyən edib...
Bütün digər elektrikli nəqliyyat vasitələrinin qiyməti düşməkdədir...