PDF Oxu

Sosial

  • 1 931

YAP Kürdəmir rayon təşkilatında Sabir Əlibəy oğlunun yubileyi münasibətilə görüş keçirilib - FOTO

image


20 iyul 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında partiyanın veteran üzvlərindən olan rayon Ziyalılar Cəmiyyətinin sədri, həkim Novruzov Sabir Əlibəy oğlunun 80 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.
Görüşün sonunda partiya veteranı Sabir Novruzova partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə və 80 illik yubileyi münasibətilə Təşəkkürnamə, və xatirə hədiyyəsi təqdim edilmişdir.
Sonda çıxış edən partiya veteranı Sabir Novruzov göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.

Digər xəbərlər