PDF Oxu

Sosial

  • 950

Qədim dövrə aid maddi-mədəniyyət nümunələri - FOTO

image

Cəlilabad rayonunun Narbağı adlanan sahədə park salınması zamanı abadlıq işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb. Belə ki, torpaq qazılarkən üzə çıxan nadir tapıntılar qədim dövrə aid dörd ədəd təsərrüfat küpü, eləcə də digər maddi-mədəniyyət nümunələrdən ibarətdir.
Tapıntılarla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu Vəfa Mahmudovaya məlumat verilib. Bu məlumat əsasında institutun nümayəndəsi əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlanılıb.
Arxeoloqlar aşkar olunan maddi-mədəniyyət nümunələrinin Azərbaycan tarixinin qədim dövrləri ilə bağlı yeni, həm də olduqca vacib əhəmiyyətli məlumatlar ortaya çıxara biləcəyi ehtimal edirlər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər