PDF Oxu

Sosial

  • 466

Qazaxıstan Qara dəniz üzərindən neft ixracını bərpa edib

image

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə Qara dəniz üzərindən xam neft ixracını yenidən bərpa edib. Bu barədə Rumıniyanın "Antena 3 CNN" telekanalı məlumat yayıb.

Bildirilib ki, bir həftə davam edən fasilədən sonra Rusiyanın Novorossiysk limanındakı CPC terminalında neft yükləmə əməliyyatları yenidən başlayıb və ilk tanker partiyaları dünya bazarlarına yola salınır. Məlumata görə, CPC operatoru təhlükəsizlik şəraitinin yaxşılaşmasından sonra terminalın fəaliyyətini bərpa edib. Hazırda bir neçə tanker Novorossiysk limanında Qazaxıstan nefti ilə yüklənir, daha bir neçə gəminin isə yaxın günlərdə limana daxil olacağı gözlənilir.

Qazaxıstanın Energetika Nazirliyi də ixrac əməliyyatlarının bərpa olunduğunu təsdiqləyib. Nazirlik bildirib ki, boru kəməri sistemində yükləmə prosesinin yenidən başlaması ilə əlaqədar neft hasilatının da mərhələli şəkildə əvvəlki səviyyəyə qaytarılması planlaşdırılır.

Mətləb

Digər xəbərlər

Yeni süni intellekt dilemması

Əsas məsələ nəzarət metodlarıdır...

Səudiyyə Ərəbistanı Ümrə təşkilatını sadələşdirir

Həcc və Ümrə Nazirliyinin açıqlamasına görə, viza zəvvarlara verildiyi tarixdən etibarən 365 gün ərzində Səudiyyə Ərəbistanına çoxsaylı səfərlərə imkan verəcək...

Uzunömürlülük hədləri

Alimlər bir insanın 190 ilə qədər necə yaşaya biləcəyini izah edirlər. Bioloji həddlər genetik dəyişikliklərlə müəyyən edilir...

Məşhur arıqlama inyeksiyaları saç tökülməsinə səbəb olur

Yeni bir araşdırma, məşhur əczaçılıq dərmanlarının qəbulu ilə əlaqəli keçəllik riskini ortaya qoydu...