Respublikamızın cənub bölgəsində həsirçilik sənəti nəsildən-nəslə ötürülərək bu günümüzə qədər gəlib çıxıb. Masallının iri yaşayış məntəqəsi olan Musaküçə kəndində həsirçiliyə xüsusi maraq göstərilir. Kənddə həsir toxunma mərkəzi də vardır. Neçə-neçə ailənin dolanacaq yerinə çevrilən mərkəzdə toxunan həsirlər öz keyfiyyəti ilə seçilir, müştərilər tərəfində yaxşı qiymətə alınır. Hətta burada toxunan həsirlər xarici ölkələrə də gedib çıxıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov həsir toxuma mərkəzində olub. Rayon rəhbəri mərkəzdə çalışan sənətkarlarla görüşərək onların fəaliyyəti, əmək şəraiti və gündəlik qayğıları ilə maraqlanıb. Görüşdə milli sənətkarlıq ənənələrinin yaşadılması, həsir toxuculuğunun yüksək səviyyədə inkişafı, eləcə bu sahədə böyük həvəslə çalışan insanların əməyinin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.
Mərkəzin əməkdaşları göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlıq edib, fəaliyyətlərini daha da inkişaf etdirmək üçün yaradılan şəraitdən razılığını bildiriblər.
Sonda başçısı Araz Əhmədov tərəfindən həsir toxuma mərkəzinin əməkdaşlarına müxtəlif məişət avadanlıqları hədiyyə olunub və xatirə şəkili çəkdirilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Mütəxəssislər “ikiqat razılaşma” anlayışını təklif edirlər...
Əsas məsələ nəzarət metodlarıdır...
Həcc və Ümrə Nazirliyinin açıqlamasına görə, viza zəvvarlara verildiyi tarixdən etibarən 365 gün ərzində Səudiyyə Ərəbistanına çoxsaylı səfərlərə imkan verəcək...
Alimlər bir insanın 190 ilə qədər necə yaşaya biləcəyini izah edirlər. Bioloji həddlər genetik dəyişikliklərlə müəyyən edilir...