Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfər çərçivəsində Fəxri xiyabanı ziyarət edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
SİA xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib.
Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Səfər çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev ilə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze arasında geniş tərkibdə görüş keçirilib.
Mütəxəssislər “ikiqat razılaşma” anlayışını təklif edirlər...
Əsas məsələ nəzarət metodlarıdır...
Həcc və Ümrə Nazirliyinin açıqlamasına görə, viza zəvvarlara verildiyi tarixdən etibarən 365 gün ərzində Səudiyyə Ərəbistanına çoxsaylı səfərlərə imkan verəcək...
Alimlər bir insanın 190 ilə qədər necə yaşaya biləcəyini izah edirlər. Bioloji həddlər genetik dəyişikliklərlə müəyyən edilir...