Lənkəranlı millət vəkili Fariz İsmayılzadənin təşəbbüsü ilə Lənkəranda şəhid və qazi övladları üçün "Yay düşərgəsi" təşkil olunub.
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində "Yay düşərgəsi"nin təqdimatı keçirilib, iştirakçılara düşərgənin proqramı haqqında məlumat verilib, uşaqlar üçün mərkəzdə infotur, həmçinin
proqrama əsasən, mərkəzin müəllimləri tərəfindən "Aşpaz" ixtisası üzrə master klass təşkil edilib.
Bəli, 44 günlük haqq savaşımızda Vətənimizin qeyrətli övladları birləşib can qoyub, qan töküb 30 il düşmən tapdağında əsir olan əbədi, əzəli yurd yerlərimizi azad edib bizə qələbə sevincini yaşatdılar. Bu da Azərbaycan tarixinin yeni, eləcə də ən şərəfli səhifəsi oldu. Odur ki, onların övladlarına qayğı və diqqət göstərmək olduqca müqəddəs bir işdir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Alimlər 2015-ci ildən bəri qlobal istiləşmənin kəskin sürətlənməsini aşkar ediblər...
Texnologiya bizə yuxunu, ürək döyüntüsünü, stress səviyyələrini və daha çoxunu izləməyə imkan verir. Bəs bu, gəncliyi uzatmağa necə kömək edə bilər?