Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayevin rəhbərlik etdiyi ekspedisiya Astaranın Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında növbəti arxeoloji qazıntıya başlayıb.
Aparılan qazıntılar zamanı qalanın müdafiə sisteminə aid yeni memarlıq elementləri, iri daşlardan və bişmiş kərpicdən inşa olunmuş qala divarları, su təchizatı sisteminə aid qurğular, saxsı su tüngləri, eləcə sitadelin cənub hissəsində bişmiş kərpicdən tikilmiş, daxili ölçüləri təxminən 2,00 x2,80 metr, ümumi uzunluğu 3,6 metr olan günbəzli memarlıq quruluşlu, oval formalı tikili və yonulmuş daş döşəmə, eləcə digər memarlıq qalıqları üzə çıxıb. Alimlər bu tapıntıları Astara bölgəsinin XII əsrin sonu - XIV əsrin əvvəllərində Səlcuq-İslam mədəni mühitinin mühüm mərkəzlərindən biri olduğunu göstərən mühüm arxeoloji sübut sayırlar.
Məlumat üçün bildirək ki, Əlişa qalasında qazıntılar davam edir. Növbəti mərhələdə qala kompleksinin memarlıq planının və funksional təyinatının daha dəqiq öyrənilməsi istiqamətində tədqiqatların daha geniş şəkildə aparılması nəzərə alınıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Alimlər 2015-ci ildən bəri qlobal istiləşmənin kəskin sürətlənməsini aşkar ediblər...
Texnologiya bizə yuxunu, ürək döyüntüsünü, stress səviyyələrini və daha çoxunu izləməyə imkan verir. Bəs bu, gəncliyi uzatmağa necə kömək edə bilər?