Sosial şəbəkədə nalayiq ifadələr işlədən daha bir tiktoker saxlanılıb.25 yaşlı Melisa Əhmədova (şərti adla) "TikTok" sosial şəbəkəsində özünə məxsus "melisa__591" hesabında canlı yayım açaraq əxlaqsız ifadələr səsləndirib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.O, polis əməkdaşları tərəfindən hava limanında saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.Məhkəmənin qərarı ilə o, 600 manat məbləğində inzibati qaydada cərimələnib.
Ilham
İçkilər həddindən artıq istiliyin öhdəsindən gəlməyin yeganə yolu deyil...