PDF Oxu

Sosial

  • 612

Masallıda yolların təmirinə xüsusi diqqət vardır - FOTO

image

Masallı rayonunda son vaxtlar əhalinin rahatlığını təmin etmək üçün böyük quruculuq işləri görülür. Yolların təmirinə xüsusi diqqət yetirilir. Hazırda Qızılağac kəndində kənd daxili yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə zəfər şəhidləri Zülfi Kərimovun, Laçın Qurbanovun və Məhərrəm Əliyevin valideynlərinin yaşadıqları evləri birləşdirən 210 metr uzunluğunda yola asfalt döşənib. İşlər yerli bələdiyyənin vəsaiti hesabına həyata keçirilib. Onun icrasına ümumilikdə 12 200 manat vəsait sərf olunub.
Həyata keçirilən işlər nəticəsində kənd sakinlərinin rahat və təhlükəsiz hərəkəti üçün əlverişli şərait yaradılıb, nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində mühüm addım atılıb, eyni zamanda yaşayış məntəqəsində abadlıq-quruculuq işlərinə töhfə verilib. Bu kimi tədbirlərin bundan sonra da ardıcıl şəkildə aparılması nəzərdə tutulub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov müasir standartlara uyğun təmir edilmiş küçədə yaşayan şəhid valideynləri ilə görüşüb, onların qayğı və təklifləri ilə maraqlanıb, göstərilən dövlət qayğısının bundan sonra da davam edəcəyini bildirib. Eləcə adəti üzrə rayon rəhbəri küçədə yaşayan şəhid anasını yaşadığı evin həyətində ziyarət edərək onunla səmimi söhbət aparıb, ailənin vəziyyətini yaxından öyrənib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər