PDF Oxu

Sosial

  • 692

Narkotiklərə yox deyək - FOTO

image

Masallı Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli 721 nömrəli Sərəncamı əsasında təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində ictimai nəzarətin gücləndirilməsi məqsədilə Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində tədbir baş tutub.
Dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının, təhsil müəssisələrinin, ictimai təşkilatların nümayəndələrin iştirak etdikləri tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Tohid Hüseynov çıxışında deyib:- Dövlət Proqramının icrası rayon ərazisində uğurla həyata keçirilir. Proqramın əsas məqsədi narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatın genişləndirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də narkomaniyadan əziyyət çəkən şəxslərin müalicə olunaraq cəmiyyətə reinteqrasiyasının təmindir. Narkomanlığa qarşı mübarizə hər bir vətəndaşın mənəvi borcudur və aidiyyəti dövlət qurumları tərəfindən bu istiqamətdə ardıcıl tədbirlər görülür. Həmçinin vaxtaşırı olaraq gənclər arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili məqsədilə təhsil müəssisələrində, hərbi hissələrdə müxtəlif idman növləri üzrə yarışlar və turnirlər təşkil olunur.
Çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru İxtiyar Talıbov “Xaş-xaş–2026” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planının hazırlandığını, planın icrası məqsədilə işçi qruplarının yaradıldığını, tədbirlərin ardıcıl davam etirilməsini bildirib, narkotik tərkibli bitkilərin qanunsuz əkini və yabanı halda bitdiyi ərazilərin aşkar edilərək məhv olunması istiqamətində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və digər qurumların polis orqanları ilə sıx əməkdaşlığının vacibliyini vurğulayıb.
Tədbirin sonunda iştirakçılar “Narkotiklərə yox deyək” mövzusunda video-çarxa baxıblar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər