“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “12 Avqust – Beynəlxalq Gənclər Günü” nə həsr olunmuş Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində Xankəndi şəhərində gənclər arasında “Böyük Qayıdış” adlı “Nə? Harada? Nə zaman?” intellektual yarışması baş tutub.
Təşkilində əsas məqsəd gənclərin intellektual inkişafına dəstək olmaq, onların dünyagörüşünü və bilik səviyyəsini artırmaq, komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirmək, eyni zamanda Qarabağın tarixi, mədəniyyəti, şəhərsalması və Azərbaycanın Böyük Qayıdış siyasəti ilə bağlı daha çox bilik əldə etmək olan yarışda “Vertex” komandası bütün rəqiblərini üstələyərək birinci yeri tutub. “Sirius” komandası yarışın ikincisi, “Marvell” komandası isə üçüncüsü olub.
Qalib komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomuna layiq görülüblər .
Zəfər Orucoğlu,
Azərbaycan 1jurnalistlər Birliyinin üzvü