Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağacaq, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakter alacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd olunur ki, yağan yağışın Şahbuzda 11, Gəncədə 6, Daşkəsəndə 5, Kəlbəcərdə 3, Şərurda 2, Sabirabad, Altıağac, Qusar, Zaqatala, Xaltan (Quba), Culfa, Şuşa, Füzuli, Zəngilan, Gədəbəy, Qax, Kişçay (Şəki), Yevlax, Lerik, Cocuqmərcanlı, Goranboy, Göygöl, Naxçıvanda 1 mm-dir.
Hazırda ölkəmizin bəzi ərazilərinə yağış yağır. Bu gecə və səhər Bakıya və Abşeron yarmadasına leysan yağışların yağacağı proqnozlaşdırılır.
İlham