Masalı rayon Tarix-Diyarşünaslıq Muzeyində vaxtaşırı təşkil olunan tədbirlər həmişə öz aktuallığı ilə cəmiyyətin həyatında olduqca mühüm əhəmiyyət daşıyır. Tariximizi yaşadan mədəniyyət ocağında keçirilən növbəti maarifləndirici tədbir “Zərərli informasiyalardan qorun” adlanırdı.
Tarix-Diyarşünaslıq Muzeyi, Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, eləcə Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı sayəsində baş tutan tədbir zamanı müasir informasiya mühitində zərərli informasiyadan qorunmağın yollarından ətraflı söhbət açılıb, hər hansı məlumatın mənbəyinin dəqiq yoxlanılması və etibarlı informasiya resurslarından istifadənin əhəmiyyəti vurğulanıb. Həmçinin şəxsi məlumatların təhlükəsizliyinin qorunması, sosial şəbəkələrdən və internet resurslarından düzgün, məqsədyönlü və təhlükəsiz istifadə məsələlərinə geniş şəkildə toxunulub.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları ən çox düşündürən sualları cavab verilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü