PDF Oxu

Sosial

  • 889

Problemlər həllini tapır - FOTO

image

Dağlar diyarı Lerikdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Orand kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Orand və Nuravud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nuravud, Köhnə Orand, Sorsçay, Zərdəbərə kəndlərində vətəndaşlarla səyyar qəbul və görüş keçirib. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak ediblər
Şəxsən Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açan rayon rəhbəri bildirib ki, burada qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanuna müvafiq qaydada onların həlli tədbirlərini müəyyən etməkdən ibarətdir. Həmçinin icra başçısı kəndlərdə bir neçə dəfə səyyar qəbullar keçirdiyini, qaldırılan məsələlərin həllinə köməklik olduğunu qeyd edib.
Rayon rəhbəri onun da sakinlərin diqqətinə çatdırıb ki, ölkədə ərzaq bolluğu yaratmaq, həm də idxaldan asılılığı azaltmaq üçün ölkə başçısının Sərəncamı əsasında kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı yeni Dövlət Proqramı qəbul edilib. Bu proqramda çox mühüm vəzifələr qarşıya qoyulub. Əkinə yararlı torpaqları dövriyyəyə qaytarmağa, rayonumuz üçün xarakterik olan kənd təsərrüfatı bitkilərinin əkininə xüsusi diqqət yetirməliyik.
Eyni zamanda icra başçısı bildirib ki, son vaxtlar Lerik rayonunda xeyli abadlıq və quruculuq işləri görülüb. Bu istiqamətdə işlər davamlı olacaq. Bütün görülən işlərin əsasında isə Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır. Bu siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə respublikamız və rayonumuzda abadlıq-quruculuq işləri güclü iqtisadiyyatımıza əsaslanır.
Səyyar görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan problemlər ayrı-ayrılıqda dinlənilib, onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Sonda görüşdə fikir və istəklərini sərbəst şəkildə rayon rəhbərliyinə çatdıran sakinlər müraciətlərə göstərilən həssas yanaşmaya və yaradılan şəffaf mühitə görə razılığını bildirib, regionların sosial-iqtisadi tərəqqisinə, aqrar sektorun inkişafına və əhalinin rifahına göstərdikləri yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ediblər.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər