PDF Oxu

Sosial

  • 499

Zəfər şəhidlərinin xatirəsinə həsr olunmuş futbol turniri - FOTO

image

İkinci Qarabağ müharibəsində minlərlə Vətən qeyrətli oğul torpaq uğrunda canından keçdilər. Onların qanı bahasına 30 il düşmən tapdağında olan əzəli yurd yerimiz , cənnət-məkan Qarabağımız azadlığa qovuşdu. Ölümsüzlüyə qovuşan qəhrəmanlar bir daha göstərdilər ki, şəhid qanı axmayan torpaqdan Vətən olmaz.
Şəhidlər torpaqları qaytarmaqla bir daha xalqımızın mənliyini, kimliyini bütün dünyaya bildirdilər. Ürək ağrımız , həm də qürur yerimiz, fəxrimiz olan şəhidləri yad etmək, xatirəsini əziz tutmaq hər birimizin müqəddəs borcudur. Məhz bu baxımdan Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində zəfər şəhidlərin xatirəsinə həsr olunmuş Lənkəran rayonunun Şıxəkəran kənd stadionunda baş tutan rayon futbol turniri azarkeşlər tərəfindən maraqla qarşılanıb.
16 komandanın iştirakı ilə keçirilən turnirdə komandalar arasında gərgin mübarizə gedib. Final görüşündə Şıxəkəran FK və İstisu FK komandaları qarşılaşıb. Rəqibindən daha güclü olan Şıxəkəran FK qalib gələrək turnirin I yerinə layiq görülüb.
I, II və III yerləri tutan komandaların üzvləri kubok, diplom və medallarla təltif olunublar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər