PDF Oxu

Sosial

  • 712

Yaşatmaq naminə aksiya - FOTO

image

Xeyriyyəçilik, köməyə, yardıma ehtiyacı olanlara, xəstələrə əl tutmaq xalqımızın canında, qanındadır. Dağlar diyarı Lerikdə növbəti aksiya da məhz yaşatmaq naminə təşkil olunmuşdu. Belə ki, ötən gün Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi və Lerik Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Lerik Rayon Mərkəzi Xəstəxanasında keçirilən könüllü qanvermə aksiyası sakinlər tərəfindən böyük razılıqla qarşılandı.
Aksiyada rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, aparatın məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri olmaqla 150 nəfər rayon sakini iştirak etdi. Qan verməyə gələndə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” Publik-hüquqi şəxsin Lənkəran regional bölməsinin ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən gün ərzində hər bir donorun sağlamlığı öncədən yoxlanıldı və tam sağlam olan 51 nəfər vətəndaşdan qan götürüldü. Yığılan qan ehtiyatı bir daha yoxlanılıb, sonra talassemiya, hemofiliya və leykozdan əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.
Aksiyada iştirak edənlərlə söhbət zamanı onlar qan xəstəliyindən əziyyət çəkənlər üçün könülü qan verməyin xeyirxah və savab iş olduğunu dedilər, belə aksiyalarda yaxından iştirak etməyin həm də möhkəm sağlamlıq durumuna malik hər bir kəsin əsl vətəndaşlıq borcu bildirdilər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər