PDF Oxu

Sosial

  • 1 308

Bina evlərində kombilər tamamilə ləğv edilə və onların istifadəsinə məhdudiyyət qoyula bilərmi? - EKSPERT AÇIQLADI

image

Azərbaycanda enerji resurslarından səmərəli və qənaətlə istifadə məsələsi son illər daha çox gündəmə gəlir. Xüsusilə yeni çoxmərtəbəli binalarda fərdi kombi sistemlərindən istifadənin məhdudlaşdırılması və alternativ istilik sistemlərinə keçidlə bağlı müzakirələr aparılır.Bəs gələcəkdə kombilər tamamilə ləğv edilə və onların istifadəsinə məhdudiyyət qoyula bilərmi?Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, əgər istilik sisteminə keçilərsə, yeni tikilən binalarda, istərsə də köhnə tikilən binalarda mərkəzləşdirilmiş istilik sisteminə keçilərsə, yəni isti su və qış aylarında evi qızdırmaq üçün mərkəzləşdirilmiş istilik sistemi tətbiq olunarsa, bu, həm vətəndaşlar, həm də dövlət üçün olduqca qənaətbəxş hesab edilə bilər:“Bu, vətəndaşların büdcəsinə qənaət etməyə imkan verə bilər. Digər tərəfdən isə dövlət üçün də sərfəli olar. Belə ki, qazın sərfiyyatı olduqca azala bilər.Bildiyiniz kimi, hər evdə bir kombi işləyəndə, adi bir bina götürəndə görürsünüz ki, ən azı 60 ailənin yaşadığı binada 60 kombinin və yaxud 60 su qızdırıcısının istifadə olunması deməkdir. Amma bunun əvəzinə həmin binanın həyətində, zirzəmisində və yaxud ətrafında bir mərkəzləşdirilmiş istilik sisteminin, yəni qazanxananın qurulması olduqca sərfəlidir.Xüsusilə qeyd etmək istəyirəm ki, həm vətəndaşlar bunun üçün daha az pul ödəyə bilərlər, yəni isti suyun pulu ailə sayğacı ilə, yaxud digər üsulla hesablana bilər. Digər tərəfdən, qış aylarında istilik sisteminin verilməsi də sayğacla və yaxud kvadratmetrlə hesablanmaqla həyata keçirilə bilər. Bunun həm vətəndaşlar, həm də dövlət üçün faydası var.Bu yolla qaz sərfiyyatına olduqca böyük, hətta yarıbayarı qənaət etmək mümkün ola bilər. Dövlət də bu işdən qazanc əldə edə bilər. Vətəndaşların istifadə etdikləri qazın qənaət olunan hissəsi xarici bazarlara çıxarılaraq satıla və buradan əlavə gəlir əldə oluna bilər.Bir sözlə, qısa və konkret desək, əgər bu layihə həyata keçirilərsə, həm vətəndaş, həm də dövlət üçün sərfəli olar.Amma digər tərəfdən evlərdə yemək bişirilməsi və çay qoyulmasının elektrik enerjisi ilə həyata keçirilməsi müəyyən təhlükələr yarada bilər. Hamı eyni vaxtda elektrik sobasından istifadə edərsə, həm yemək bişirmək, həm də çay qoymaq üçün elektrik sisteminin yüklənməsinə səbəb ola bilər. Bu da qısaqapanmalara və yanğınlara gətirib çıxara bilər.Amma çox yaxşı olar ki, təkcə yemək bişirmək və çay qoymaq üçün qazın binalara verilməsi dayandırılmasın, yalnız bu məqsədlər üçün qazdan istifadəyə icazə verilsin.Digər tərəfdən, isti suyun və istilik sisteminin qazanxana sistemi ilə təmin edilməsi, yəni mərkəzləşdirilmiş istilik sistemi vasitəsilə binalara isti suyun və qış aylarında istiliyin verilməsi həm vətəndaşların büdcəsinə qənaət edə bilər, həm də dövlət üçün sərfəli olar.Eyni zamanda, bu, vətəndaşların təhlükəsizliyi baxımından da olduqca yaxşıdır. İsti suyun və istiliyin mərkəzləşdirilmiş sistemlə verilməsi insanların qazla bağlı risklərlə üzləşməsinin qarşısını ala bilər. Bildiyiniz kimi, hamamlarda və yaxud mətbəxlərdə su qızdırıcı avadanlıqlardan və sobalardan istifadə zamanı qaz sızması və yanma nəticəsində karbonmonoksidin ayrılması insanların zəhərlənməsinə səbəb ola bilər. Bu səbəbdən də mətbuatda belə hallarda insanların həyatını itirməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik.Mən düşünürəm ki, vətəndaşların sağlamlığı və təhlükəsizliyi baxımından mərkəzləşdirilmiş istilik sisteminə keçilməsi daha doğru addım ola bilər. Həm təhlükəsizlik, həm də büdcəyə qənaət baxımından bu, yerində atılmış addım olar.Amma burada xüsusi qeyd etmək istəyirəm ki, qazdan istifadəyə icazə yalnız yemək bişirmək və çay qoymaq, yəni mətbəxdə qazdan istifadə etmək üçün verilsə, daha məqsədəuyğun olar.Çünki nəzərə alsaq ki, ən balaca bir binada 60 ailə yaşayır, eyni zamanda düşünün ki, yemək bişirilən vaxt 60 ailə soyuducu, paltaryuyan maşın, elektrik sobası və digər elektrik cihazlarından istifadə edir. Bu, elektrik şəbəkəsinin yüklənməsinə, nəticədə isə qısaqapanmalara və yanğınlara səbəb ola bilər.Ona görə də çox yaxşı olar ki, mətbəxdə qazdan istifadəyə yalnız yemək bişirmək və çay qoymaq məqsədilə icazə verilsin. Mərkəzləşdirilmiş istilik sistemi ilə 24 saat isti suyun verilməsi, qış aylarında isə mərkəzləşdirilmiş qızdırıcı sistemin, yəni qazanxananın tətbiq olunması yerində atılmış addım olar.Xüsusi qeyd etmək istəyirəm ki, bu, həm vətəndaşların həyatı və sağlamlığı üçün daha təhlükəsiz ola bilər, həm də onların büdcəsinə qənaət edər. Digər tərəfdən isə dövlət qənaət edilmiş qazı dünya bazarında normal qiymətlərlə sataraq əlavə gəlir əldə edə bilər.Çox yaxşı olar ki, bu təşəbbüs təkcə binalarla yekunlaşmasın. Sıx məskunlaşan məhəllələrdə, həyət evlərində və digər yaşayışın sıx olduğu ərazilərdə də qazanxana sisteminə, yəni məhəllə istilik sisteminə keçilsin.Bu, təkcə paytaxtda deyil, həm bölgələrdə, həm də digər rayonlarda, o cümlədən həyət evlərində tətbiq olunarsa, vətəndaşlarla yanaşı dövlət də bundan olduqca böyük fayda əldə edə bilər.Çünki bu sistem vətəndaşların həm təhlükəsizliyini təmin edə, həm də büdcələrinə ciddi zərər gəlməsinin qarşısını ala bilər. Digər tərəfdən dövlət də bu işdən qazanc əldə edə bilər.Qış aylarında, ən azı bir ay ərzində, balaca bir evdə belə 90-100 manatdan aşağı qaz sərfiyyatı olmur. Bu da vətəndaş üçün kifayət qədər ağır yükdür. Mən düşünürəm ki, istilik sistemləri, həm istiliyin, həm də isti suyun qazanxana sistemi vasitəsilə verilməsi tətbiq olunarsa, bu xidmət vətəndaşa ən azı 2-3 dəfə daha aşağı qiymətə başa gələ bilər.Bu da o deməkdir ki, həm vətəndaşın büdcəsinə, həm həyat şəraitinin yaxşılaşmasına, həm də sağlamlıq və təhlükəsizlik baxımından daha sərfəli olan mərkəzləşdirilmiş qazanxana sisteminə keçid təmin edilmiş olar.Digər tərəfdən, bir daha qeyd etmək istəyirəm ki, qazın yalnız mətbəxdə, yemək bişirmək və digər məişət ehtiyacları üçün istifadəsinə icazə verilməsi daha məqsədəuyğun olar.Əgər hamı eyni vaxtda elektrikdən istifadə edərsə, bu, elektrik şəbəkəsinin yüklənməsinə və nəticədə yanğınların baş verməsinə səbəb ola bilər”.

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər