PDF Oxu

Sosial

  • 687

Şəhid anası Rəşxəndə Həsənova ziyarət olunub - FOTO

image

Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə mütəmadi görüşlər keçirilir, onların müraciətlərinin operativ həlli və sosial rifahının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülür.
Növbəti dəfə rayon rəhbəri Araz Əhmədov başda olmaqla , aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bələdiyyə nümayəndələrinin iştirakı ilə I Qarabağ müharibəsi şəhidi Fuad Həsənovun Sığıncaq kəndində yaşayan anası Rəşxəndə Həsənovanı ziyarət edilib.
Görüş zamanı icra başçısı şəhid ailəsinin qayğılarını öyrənib, Rəşxəndə Həsənovanın səhhəti, sosial-məişət şəraiti və müraciətləri dinlənilib. Həmçinin şəhid ailələrinin dövlətin daim diqqət və qayğısı ilə əhatə olunduğunu deyib, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ardıcıl davam etdirildiyini bildirib.
Rəşxəndə Həsənova ona göstərilən diqqət və qayğıya görə dövlət başçısına razılıq edib, rayon rəhbərinin mütəmadi görüş və ziyarətlərini yüksək qiymətləndirib.
Səfər çərçivəsində, eyni zamanda rayon rəhbəri Sığıncaq kəndində şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq məzarlarına və xatirəsinə ucaldılmış abidəyə baş çəkib, önünə gül dəstələrini qoyub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər