PDF Oxu

Sosial

  • 754

Xalq sənətkarlığını gənc nəslə aşılanması məqsədi daşıyan layihə - FOTOLAR

image

Lerik rayon Mədəniyyət Mərkəzi, eləcə rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə H. Həmidov adına Cəngəmiran kənd Mədəniyyət evində “Xalq sənətkarlıq zonası” layihəsi çərçivəsində ustad dərsləri təşkil olunub. Tədbirdə mədəniyyət evinin əməkdaşları Ülkər Qafarova və Şərqiyyə Qafarova iştirakçılara nənələrimizdən bizə yadigar qalmış xalçaçılıq, yun əyirmə, toxuculuq və bədii tikmə sənətinin incəliklərini göstəriblər. İştirakçılar əl işlərinin hazırlanma mərhələləri, istifadə olunan alətlər və ənənəvi üsullarla yaxından tanış olub, bu irsin qorunmasının əhəmiyyəti barədə məlumat əldə ediblər.

Tədbirin təşkilində əsas məqsədlə maraqlananda bildirildi ki, bu istiqamətdə həyata keçirilən layihə xalq sənətkarlığı ənənələrinin qorunması, təbliği və gənc nəslə aşılanması məqsədi daşıyır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər