PDF Oxu

Sosial

  • 905

YAP Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Yaşar Rzayevin 85 illik yubileyi münasibətilə görüş keçirilib

image

25 avqust 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə ictimai-siyasi xadim, tanınmış ziyalı, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Yaşar Rzayevin 85 illik yubileyi münasibətilə onun evində görüş keçirilib.

Görüşdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov, Dövlət Aqrar İnkişaf Mərkəzinin Ərazi Partiya Təşkilatının sədri Tofiq Rzayev, 1 saylı Ekologiya İdarəsi Ərazi Partiya Təşkilatının sədri Əlizamin Həmidov, Arxiv ərazi pariya təşkilat sədri Rəfail Rzayev və YAP Lənkəran rayon təşkilatının məsləhətçisi Yalçın Əliyev iştirak ediblər.

Görüş zamanı Yaşar Rzayevin 85 illik ömür yolu, uzun illər ərzində elmə, ictimai-siyasi həyata və cəmiyyətə verdiyi töhfələr, zəngin həyat təcrübəsi və ziyalı mövqeyi barədə geniş söhbət açılıb.

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev çıxış edərək Yaşar Rzayevi yubileyi münasibətilə təbrik edib, onun çoxillik fəaliyyətini, dövlətə və cəmiyyətə xidmətlərini yüksək qiymətləndirib. O, yubilyara möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulayıb.

Görüşdə iştirak edən Eldar Hüseynov, Tofiq Rzayev, Əlizamin Həmidov və Yalçın Əliyev də çıxış edərək Yaşar Rzayevin həyat və fəaliyyətindən, insanlarla səmimi münasibətlərindən və cəmiyyətə verdiyi töhfələrdən söz açıblar. Çıxış edənlər yubilyarı 85 illik yubileyi münasibətilə təbrik edərək ona ən xoş arzularını çatdırıblar.

Görüşdə çıxış edən Yaşar Rzayev onun 85 illik yubileyi münasibətilə göstərilən diqqət və ehtirama görə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayevə, Rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynova və digər fəallara dərin minnətdarlığını bildirib. O, bu əlamətdar gündə doğma evində ziyarət olunmasından və yubileyinin belə səmimi şəraitdə qeyd edilməsindən məmnunluğunu ifadə edib.

Görüşün sonunda Yaşar Rzayevə 85 illik yubileyi münasibətilə Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunub.

85 illik yubileyiniz mübarək, hörmətli Yaşar Rzayev!

Digər xəbərlər