PDF Oxu

Sosial

  • 887

“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir - FOTO

image

Ötən gün Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı sayəsində “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir baş tutub.
Astara rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirin açılışında narkomaniyanın vurduğu ziyan, insanların sağlamlığına və mənəviyyatına mənfi təsiri, həmçinin narkomaniyanın müxtəlif ağır cinayətlərə yol açdığını deyən rayon icra hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova onu da bildirib ki, narkomaniya cəmiyyəti inkişafdan geri salır, maddi texniki və intellektual potensialının aşağı düşməsi, genefondun zərər çəkməsi və bir çox digər ağır nəticələrə səbəb olur.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Həsən Ağayev, rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin direktoru Bahadır Əhmədov, Xəstəxananın Poliklinika şöbəsinin həkim-narkoloqu Bəhruz Kərimov mövzu ilə əlaqədar çıxış edib respublikada və rayonumuzda mövcud vəziyyət və görülən tədbirlər haqqında danışıblar
Mövzu ilə əlaqədar könüllü gənclər tərəfindən bukletlər paylanıb, iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, eləcə ünvanlanan suallara dolğun cavablar verilib.
Tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun ümumtəhsil məktəblərinin direktor və psixoloqları iştirak ediblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər