PDF Oxu

Sosial

  • 614

Xərçəngdən uzaq insanlar

image

Allergiyası olan insanlar xərçəng xəstəliyinə tutulmur. Bunun səbəbi allergiyanın orqanizmə yad çisimin daxil olmasına imkan yaratmamasıdır. Hətta mikro ölçülü toz zərrəciyini belə bədənə buraxmayan allergiya əslində orqanizmi viruslardan qoruyur. Həssas orqanizm bədəndən dərhal hər hansı virusu kənarlaşdırır. Məhz buna görə də alimlər allergiyanı bir neçə aspektdən araşdıraraq onun insan sağlamlığı üçün olduqca faydalı olduğunu düşünürlər.
Mesaj yazmaq insan sağlamlığına ziyandır
Telefonla tez-tez mesaj yazmaq insan sağlamlığında bir sıra problemlər yaradır. Mütəxəssislər bildirirlər ki, mesaj yazarkən təkrarlanan hərəkətlər biləklərdə, qollarda əlilliyə yol açır. Həmçinin MP3 çalarları, müxtəlif kompüter və mobil telefonlarda olan oyunlara aludə olmağın bu sahədə ziyanları daha çoxdur.
İnsan beyin həcminin müxtəlifliyi
Alimlərin araşdırması nəticəsində məlum olub ki, insan beyinin həcmi səhərlər daha böyük olur. Gün ərzində kiçilməyə doğru gedir. Buna səbəb də süngərə bənzəyən bu orqanın üfüqi vəziyyətdə maye dövranın daha yaxşı olması sayəsində gecə boyunca kifayət qədər “nəmli” qalması ilə bağlıdır.
Tərləyən əllər
Bəzən azca həyəcanlanan kimi əllər tərləyir. Buna əsas səbəb emosional və hormonal balansın pozulmasıdır. Əllərin tərləməsinin qarşısını almaq üçün əsəb sisteminin tonusunu qaldırmaq lazımdır. Birinci növbədə pəhriz olunmalıdır. Belə ki, acı ədviyyatlardan, alkoqoldan, qəhvədən imtina edib, əvəzində təzə tərəvəz, meyvə, bal və arıçılıq məhsulları ilə qidalanmaq vacibdir. Tərkibində yüksək dərəcədə E vitaminli qidaları da qəbul etməklə tərləmənin qarşısını almaq olar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər