...Həştərxanda Çeçenistandan olan yol işçisi yolda namaz qıldığına görə 5000 rubl cərimələnib.
SİA xəbər verir ki, "Astrakhan.Ru" saytının məlumatına görə, şahidlərdən biri 24 avqustda namazı lentə alıb və sonradan sosial mediada paylaşılıb.
Kişinin şəxsiyyəti regional Federl Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müəyyən edilib.
Məlum olub ki, işçi Həştərxana pul qazanmaq üçün Çeçenistan Respublikasından gəlib və namaz vaxtı təmir üçün bağlanmış yolun bir hissəsində yolu işarələyirmiş.
Məhkəmə onu Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 5.26-cı maddəsinin 4-cü hissəsi ("Vicdan azadlığı, din azadlığı və dini birliklər haqqında qanunun tələblərini pozaraq missionerlik fəaliyyəti həyata keçirmək") ilə günahkar bilib.
...Və bu vəziyyətə Həştərxan vilayətinin müftisi Rauf Cantasov münasibət bildirib.
...Heç kim insanların inanmasını və dua etməsini qadağan etmir, lakin dindarlar ictimai yerlərdə nümayişkaranə dini ayinlərdən çəkinməlidirlər. Söhbət din azadlığı ilə başqalarının hüquqlarına hörmət, eləcə də ictimai asayiş arasında tarazlığın qorunmasından gedir, - deyə dini lider bildirib.
Əli Babayev
Təkrarlanan epizodlar, xüsusən də göyərmə və ya diş ətlərinin qanaması ilə müşayiət olunursa, diqqət tələb edir...