Bəzi hallarda vətəndaşlar tərəfindən penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsinə və ya ötürülməsinə cəhd göstərilir. SİA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində belə cəhdlərdən daha biri aşkarlanaraq qarşısı alınıb.
Belə ki, Bakı İstintaq Təcridxanasında həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş bir ədəd mobil telefon və bir ədəd elektrik qidalandırıcısı (adapter) aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Mətləb
Yüzillik yaponlar həyatlarının hər anından zövq alaraq diqqətli davranırlar...
Təkrarlanan epizodlar, xüsusən də göyərmə və ya diş ətlərinin qanaması ilə müşayiət olunursa, diqqət tələb edir...