PDF Oxu

Sosial

  • 997

Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib

image

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti "SOCAR Petroleum" QSC-nin Gəncə şəhərində yerləşən 6 saylı Gəncə Neft Baza Sahəsində "Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirib.

SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Belə ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi strateji əhəmiyyət kəsb edən obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsidir.

Həmçinin bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı neft məhsulu saxlanılan çəndə baş vermiş şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin hissə və bölmələri tərəfindən "yanğın" yerində çevik kəşfiyyatın aparılması və "yanğının söndürülməsi" əməliyyatı yerinə yetirilib.

Təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib. Təlimə ümumilikdə 43 nəfərdən ibarət şəxsi heyət və 8 ədəd texnika cəlb edilib.

Digər xəbərlər