Lerik Rayon Mədəniyyət Mərkəzində təhsil işçiləri üçün keçirilən konfransda Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılar əvvəlcə görkəmli şəxsiyyət, Azərbaycan xalqının dahi oğlu, dünya səviyyəli siyasətçi Heydər Əliyevin abidəsini ziyarəti edib, ehtiram əlaməti olaraq önünə gül dəstələri düzüblər. Həmçinin Rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxışında yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Təhsil sahəsində görülən işlərdən söhbət açan natiq müəllim və təhsil işçilərinin fəaliyyətinə yüksək qiymət verib.
Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxışında ötən tədris ilinin nəticələrini göstərib , eyni zamanda tədrisin keyfiyyətinin artırılması, təhsil müəssisələrinin işində səmərəliliyin yüksəldilməsi ilə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Daha sonra Lənkəran–Astara Regional Təhsil İdarəsinin məsləhətçisi Hicran İbrahimovun 2025–2026-cı tədris ilinin yekunlarına dair hesabat olub. Hesabatda rayonun ümumi və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti, imtahanların nəticələri, əvvəlki illərlə müqayisəli göstəricilər, əldə olunan nailiyyətlər, eləcə də mövcud çətinliklər və onların səbəbləri təhlil edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Onlar sizə daha uzun müddət toxluq hiss etməyə kömək edir...