PDF Oxu

Sosial

  • 793

Masallıda icra başçısı həsirçilik sənətinin yaşadılmasının vacibliyini vurğulayıb - FOTO

image

Masallı rayonunun Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlar təbii qamış bitkilərini toplayır, qurudur və ənənəvi üsullarla müxtəlif həsir nümunələri hazırlayırlar. Nəsildən-nəslə ötürülən bu qədim sənət bölgədə sənətkarlıq ənənələrinin yaşadılmasında mühüm əhəmiyyət daşıyır.
Bu günlər rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov həsirçiliklə məşğul olan qadın sənətkarlarla görüşüb.
Səmimi görüş zamanı sənətkar qadınlar həsir toxuma prosesini nümayiş etdirib, hazırladıqları əl işləri barədə məlumat veriblər. Həmçinin həsirçilik sənətinin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İcra başçısı Araz Əhmədov qadın sənətkarların fəaliyyətini yüksək qiymətləndirib, bu qədim sənət növünün yaşadılmasının və sənətkarların fəaliyyətinə dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər