PDF Oxu

Sosial

  • 686

Lənkəranda kanalizasiya sistemi yenilənir - FOTO

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində reallaşan “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində genişmiqyaslı tikinti-quraşdırma işləri artıq fəal fazaya qədəm qoyub. Görülən işlərin keyfiyyətinə xüsusi fikir verməklə, qarşıdan gələn yağışlı günləri nəzərə alan inşaatçılar hər günün işini vaxtında yerinə yetirirlər. Həm də, şəxsən Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov vaxtaşırı tikinti meydançasında olur, prosesin gedişini yerindəcə öyrənir, işlərin keyfiyyətlə və qrafikə uyğun tamamlanması üçün məsul şəxslərə tapşırıq və tövsiyələrini verib.
Podratçı təşkilatın texniki hesabatına əsasən, fəaliyyət planına mövcud asfalt örtüyünün kəsilərək daşınması, müxtəlif kateqoriyalı qruntların qazılması və yararsız torpağın ərazidən çıxartması daxildir. Həmçinin çarpazlaşan kommunikasiya xətlərinin təhlükəsiz köçürülməsi, bərpası və yeraltı infrastruktur tam yeniləndən sonra yolun asfaltlanması nəzərdə tutulur. Rayonunun infrastrukturunda əsas prioritetlərdən sayılan kanalizasiya sisteminin köklü tamamlanması burada ekoloji təhlükəsizliyi, əhalinin sanitariya-gigiyenik yaşayış standartlarının yüksəldilməsi və sosial-iqtisadi inkişafın sürətlənməsi üçün böyük əhəmiyyət daşıyacaq.
Yerli sakinlər tərəfindən böyük rəğbətlə qarşılanan bu xidməti islahatlara görə vətəndaşlar çoxsaylı müraciətlərində ölkə rəhbəri İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirirlər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər