PDF Oxu

Sosial

  • 1 191

“Azərsun Holdinq” “Süni intellekt dövründə effektiv sayt idarəetməsi” mövzusunda təlim keçirib

image

“Azərsun Holdinq” media nümayəndələrinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və müasir texnologiyaların media fəaliyyətində tətbiqi məqsədilə təlim təşkil edib.“Süni intellekt dövründə effektiv sayt idarəetməsi” mövzusunda təşkil olunun təlim “Proxima Tech Solutions” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.Təlimdə media nümayəndələri üçün süni intellekt platformalarında məzmunun görünürlüyünün artırılması, saytların effektiv idarə olunması və rəqəmsal mühitdə daha geniş auditoriyaya çatmaq üçün istifadə olunan müasir yanaşmalar barədə məlumat verilib.“Proxima Tech Solutions” mütəxəssisləri tərəfindən iştirakçılara süni zəka sistemləri üzərindən axtarışlar zamanı yazılarının ilk sırada görünməsi üçün diqqət yetirilməli əsas məqamlar izah olunub.Təlim çərçivəsində süni intellektin inkişafının rəqəmsal media mühitinə təsiri, keyfiyyətli və düzgün strukturlaşdırılmış məzmunun hazırlanmasının əhəmiyyəti, həmçinin müasir axtarış alqoritmlərinin tələbləri barədə fikir mübadiləsi aparılıb. Sonda isə təlim iştirakçılarına sertifikat təqdim olunub.Qeyd edək ki, şirkətlər qrupu tərəfindən daha əvvəl də media nümayəndələri üçün “Azərbaycan dilində mətn yaradılmasında süni intellekt alətlərindən istifadə” mövzusunda təlim keçirilib.

Digər xəbərlər