Bizim Prezident Qarabağın işğaldan azad edilməsinə fəaliyyətinin düz 17 ilini həsr etdi. Ən birinci ölkənin çökmüş iqtisadiyyatı dirçəldildi, milli ordunun vəziyyəti yaxşılaşdırıldı. Daha sonra dünya dövlətlərinə üz tutub məsələnin sülh yolu ilə həllinə çalışdı. Ən mötəbər kürsülərdən Qarabağla bağlı çağırışlar etdi. Dünyanın həqiqətlərə korluğu və karlığı təsdiq olunandan sonra isə hər dəfə deyilən vəd öz yerini tutdu-hərbi yolla torpaqlarımızın azad edilməsi məsələsi. Və belə də oldu. 2020-ci ilin 44 günlük Vətən müharibəsi böyük Zəfərlə nəticələndi. İtkilərimizin, qazilərimizin sayı minlərlə olsa da, lakin torpaq itkilərin hesabına Vətənə məxsus ola bilir, bu, hər birimizin əvvəldən də gözə aldığımız məsələ idi.
Prezidentimiz torpaqlar işğaldan azad edildikcə, bərpa-quruculuq işlərinin başlanması tapşırığını da verirdi. Elə buna görədir ki, atrıq minlərlə sakin doğma yurd yerinə qayıdıb, ata-baba ocağının işığını yandırıb. Eləcə də Zəngəzur dəhlizi ilə bağlı. Hələ müharibənin son günü Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyannamədən, hansı ki, bu Bəyannamənin 9-cu bəndi Naxçıvana yolların açılması ilə bağlı idi, dərhal sonra Prezident dəmiryolunun bərpası ilə əlaqədar tapşırıqlar verdi və burada işlər başlandı. Nəticə...
Prezident İlham Əliyev: Bizim Ermənistan sərhədinə gedən yollarımız - həm dəmir yolu, həm avtomobil yolu demək olar ki, tezliklə hazır olacaq. Avtomobil yolunun hazırlığı təxminən 95 faizdir. Dəmir yolunun fiziki hazırlığı 70 faizdir. Biz işi sürətləndirə də bilərik. Amma Ermənistan ərazisində hələ heç bir iş görülmədiyi üçün buna da böyük ehtiyac görmürük. Çünki Ermənistan ərazisində 42 kilometr yol inşa edilməlidir. Paralel olaraq Naxçıvan ərazisində, - bildiyiniz kimi, yolun uzunluğu təxminən 190 kilometrdir, - onun böyük hissəsi var. Düzdür, vəziyyəti o qədər də yaxşı deyil, ancaq bu gün mövcud ola biləcək yükləri aparmaq üçün o yol kifayət edir. Həm Ordubad, həm də Sədərək istiqamətində olmayan hissələr də var. İndi biz orada olmayan dəmir yollarını tikməyə başlamışıq və hesab edirəm ki, bir-iki ilə o da başa çatacaq.
Zəngəzur dəhlizinin əhəmiyyəti böyükdür, bunu hər kəs bilir. Lakin bu dəhlizin sırf Naxçıvanla bağlı olması onun əhəmiyyətini daha da artırır. Prezident: Beləliklə, bu layihə tam başa çatandan sonra onun yükötürmə qabiliyyəti 15 milyon tona bərabər olacaq və bayaq qeyd etdiyim kimi, həm Şərq-Qərb, həm də ki, Şərq-Cənub, bəlkə də Şimal-Cənub yolunun bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub layihəsi deyəndə, ilk növbədə, Rusiya-Azərbaycan-İran, yəni Rəşt-Astara yolu nəzərdə tutulur. Bu yol da vacibdir. Ancaq Zəngəzur dəhlizi açılandan sonra sovet vaxtı mövcud olmuş Sovet İttifaqı-İran yolu yenə də bərpa ediləcək. Yəni ki, Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi – bu, Şimal-Cənub marşrutunun ikinci yolu olacaq. Bu, eyni zamanda, Orta Dəhlizin də ikinci yolu olacaq və təbii ki, yükaşırma qabiliyyəti artacaq. Yol Naxçıvandan iki istiqamət üzrə davam edəcək. Bir istiqamət Türkiyə-Avropa, bir istiqamət isə İran, Fars körfəzi və Yaxın Şərq. Qeyd etdiyim kimi, bunun əsas, necə deyərlər, istiqamətverici tərəfi də biz olacağıq. Yüklər Azərbaycanda cəmləşəcək və Azərbaycandan müxtəlif istiqamətlərə gedəcək. Ona görə də Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir...
Bu gün Naxçıvanın inkişafına çox ehtiyac var. Çünki o, Zəngəzur dəhlizinin mühüm əhəmiyyətidir. Ona görə də bölgəni hərtərəfli inkişafı vacibdir. Yəni, Naxçıvan illərdir ki, dövlətimizin başçısının diqqət mərkəzindədir. Naxçıvanın inkişafl ilə bağlı imzalanan sənədlər, qəbul edilən Dövlət Proqramları bunu deməyə əsas verir. Ümumilikdə Naxçıvan Ümummilli Lider Heydər Əliyevin arzularının diyarıdır. Ulu Öndərin Naxçıvanla bağlı görmək istədiyi çox məqamlar var idi ki, bunlar ardıcıl şəkildə həyata keçirilir.
Budur, Zəngəzur dəhlizindən Naxçıvan necə də gözəl görünür...
Mətanət Məmmədova
Piy yeyən babalar haqqında ifadələr sağlam qidalanmanın klassik arqumentinə çevrilib...