PDF Oxu

Sosial

  • 612

Əlilliyi olan uşaqlara dəstək məqsədilə xeyriyyə tədbiri - FOTO

image

Masallı şəhərində yerləşən “Karal Hotel”də əlilliyi olan uşaqlara dəstək məqsədilə keçirilən tədbir “Masallı Xəbərləri” MİP-in təsisçisi və baş redaktoru Rauf Cəbiyevin, təqaüdçü müəllimə, “Tərəqqi” medallı Əminə Abıyevanın təşkilatçılığı ilə baş tutub.

Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında belə xeyriyyə tədbirlərinin təşkilinin əhəmiyyətindən danışıb, əlilliyi olan şəxslərin, o cümlədən uşaqların və sosial müdafiəyə ehtiyacı olan digər həssas qrupların daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

Həmçinin rayon rəhbəri tədbirə qatılan uşaqlar və onların valideynlərilə səmimi söhbət edib, qayğı və istəklərini öyrənib.

Xeyriyyə tədbiri çərçivəsində “Ümid Yelkəni” İctimai Birliyinin sədri Laləzar Abıyevanın maliyyə dəstəyi ilə Masallı rayonunda yaşayan 35 əlilliyi olan uşağa ərzaq payları təqdim olunub.

Tədbirdə uşaqlar və onların valideynləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, tədbirin təşkilatçılarına və “Ümid Yelkəni” İctimai Birliyinə minnətdarlıqlarını bildiriblər.

Səmimi və xoş ovqatda keçən görüş uşaqlarda böyük sevinc yaradıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyini üzvü

Digər xəbərlər