Bu fikirlər Cəlilabadda Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun, rayon təhsil sektorunun müdiri İlkin Zeynalovun, müəllimlər və valideynlərin iştirak ilə
Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla keçirilən görüş zamanı dilə gətirildi.
Görüş Azərbaycan Respublikasının Dövlət Himnin oxunması və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılması ilə başlanıb.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunları, onların valideynlərini, müəllimlərini təbrik edən RİH başçısı Rafiq Cəlilov onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident cənab İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən təhsil strategiyası ölkəmizin dayanıqlı inkişafının təminatçısıdır. Bu gün qazanılan hər bir uğur, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması məhz güclü dövlətçilik, səmərəli gənclər və təhsil siyasətinin nəticəsidir.
Həmçinin rayon rəhbəri gənclərin ali məktəblərdə də yüksək intizam və bilik nümayiş etdirəcəklərinə, gələcəkdə peşəkar kadr kimi respublikamızın tərəqqisinə töhfə verəcəklərinə tam əmin olduğunu bildirib.
Çıxış edən digər natiqlər= rayon təhsil sektorunun müdiri İlkin Zeynalov, müəllimlər, valideynlər və məzunlar ölkəmizin təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısından danışıblar.
Sonda tələbə adını qazanan yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan məzunlara Fəxri Fərmanlar və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Saqqız həqiqətən həzm olunmazdır, amma bundan qorxmağa ehtiyac yoxdur...