Arıçılıq məhsullarının (o cümlədən balın) xarici ölkələrə, xüsusilə Avropa İttifaqı ölkələrinə ixracı üçün müvafiq icazənin alınması ilə bağlı iş aparılacaq.
SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Qeyd edilib ki, 2027−2032-ci illər ərzində beynəlxalq təcrübə əsasında arıçılıq məhsullarına (o cümlədən bala) dair sanitariya norma və qaydaları hazırlanacaq. Azərbaycan Respublikasında istehsal olunan arıçılıq məhsullarının (o cümlədən balın) xarici ölkələrə, xüsusilə Avropa İttifaqı ölkələrinə ixrac edilə bilməsi üçün müvafiq icazə alınacaq.
Prosesin əsas icraçı qurumu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.
Digər içraçı qurumlar isə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Xarici İşlər Nazirliyidir.
Ürək və sümük sağlamlığı üçün...
Son söz sizindir...
Kosmosdan balta: alimlər bir artefakt tapdılar və onun yerüstü mənşəyini müəyyən etdilər...
Baxışlar və üz ifadələri gərginliyi azaltmağa və anlayışı yaxşılaşdırmağa kömək edir...
Qalanları isə “itaət fabriklərinə” çevrilir...