PDF Oxu

Sosial

  • 865

Əhali tərəfindən qaldırılan məsələlər diqqətdən yayınmır - FOTO

image

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti dəfə Züvüc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Çeşman, Züvüc, Zövnə, Arta və Osyodərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şivlə, Osyodərə, Biləvər, Bülüdül, Geskon, Gəndov, Xanəgah, Kekonu kəndlərində vətəndaşlarla səyyar qəbul və görüş keçirdib.
Rayonun idarə və müəssisələrin rəhbərlərinin qatıldığı görüşdə icra başçısı çıxışında dağlar diyarının sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, həmçinin əhalinin sosial rifah halının günbəgün yaxşılaşması üçün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.
Həmçinin o, Prezidenti İlham Əliyevin rəhbərliyi altında hazırda ölkədə həyata keçirilən qlobal layihələrdən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda düşmən tərəfindən dağıdılmış infrastrukturun sürətli bərpasından söz açıb, bütün bu işlərdə bir vətəndaş olaraq hər kəsin üzərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirməyi deyib.
Səmimi şəkildə keçən görüş zamanı sakinlər tərəfindən avtomobil yollarının təmiri , elektrik təsərrüfatının yenilənməsi, qaz xəttinin çəkilişi və digər sosial məsələlərlə bağlı müraciətlər səslənib. Təklif və problemlərini dinləyən rayon icra hakimiyyətinin başçısı qaldırılan məsələlərin tezliklə yoluna qoyulması üçün aidiyyəti üzrə tapşırıqlar verib.
Sonda sakinlər sosial layihələrin icrası ilə rifahlarının yüksəlməsinə göstərdiyi qayğı və diqqətə görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıq edib, vaxtaşırı kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına razılığını bildiriblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər