PDF Oxu

Sosial

  • 1 142

Şəhid Aqil Əkbərovun ev muzeyi ziyarət edilib - FOTOLAR

image

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə Antiterror əməliyyatı zamanı şəhid olmuş mayor Aqil Əkbərovun ev muzeyi ziyarət edilib.

Ziyarət zamanı gənclər şəhid mayor Aqil Əkbərovun şəxsi əşyaları ilə tanış olub, onun həyat yolu, hərbi fəaliyyəti və Vətən uğrunda göstərdiyi şücaətlər haqqında ətraflı məlumat alıblar. Həmçinin şəhidin ömür-gün yoldaşı Rəvayət Əkbərova və oğlu Murad Əkbərov öz xatirələrini gənclərlə bölüşərək Aqil Əkbərovun həyatından, şəxsiyyətindən və ailəsi üçün əziz olan xatirələrdən danışıblar.
Onu da bildirək ki, ziyarətin təşkilində əsas məqsəd Vətən, torpaq uğrunda canından keçib ölümsüzlüyə qovuşan qəhrəmanların əziz xatirəsini yad etmək, onların yazdığı igidlik salnaməsini gənc nəslə çatdırmaq, onlara vətənpərvərlik hisslərini aşılamaq və xalqın milli-mənəvi dəyərlərini təbliğ etmək olub.
Aqil Əkbərov Lənkəran rayonunun Xolmili kəndində dünyaya göz açıb. Azərbaycan ordusunun mayoru xidməti dövründə tabor komandiri olmaqla ən nümunəvi zabitlərdən biri kimi ada qoyub. “Cəsur döyüşçü” medalı və ölümündən sonra “Azərbaycan bayrağı “ ordeni ilə təltif olunub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər