PDF Oxu

Sosial

  • 554

Vətəndaşlar qəbuldan razı qalırlar - FOTO

image

Xəzər Tibb Mərkəzində vətəndaşlarla keçirilən növbəti qəbul da böyük razılığa səbəb oldu. Mərkəzin direktoru Mübariz Ağayev tərəfindən aparılan qəbul zamanı ümumilikdə 7 vətəndaş müraciət etdi. Müraciətlər əsasən işlə təmin olunma, əlillik müddətinin uzadılması, tibbi göndərişin alınması, eləcə də digər məsələlərlə bağlı idi.
Qəbul zamanı həm də Nevrologiya şöbəsində müalicə alan iki vətəndaş göstərilən tibbi xidmət və diqqətdən razı qaldığını bildirərək, tibb mərkəzinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürlərini ifadə etdilər.
Müraciətlər səmimi şəkildə dinlənildi, qaldırılan məsələlərlə əlaqədar müvafiq izahatlar oldu və aidiyyəti üzrə baxılması üçün müvafiq tapşırıqlar verildi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər