PDF Oxu

Sosial

  • 14

Dəniz və çay sahili şəhərlərinin müasir urbanizmi

Dəniz və çay sahili şəhərlərinin müasir urbanizmi
Dünən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris korpusunda "Dəniz və çay sahili şəhərlərinin müasir urbanizmi" mövzusuna həsr olunmuş 16-22 may 2009-cu il tarixlərini əhatə edən REA-nın 14-cü toplantısı təşkil edilib. Toplantı iştirakçıları, ilk öncə, ulu öndər Heydər Əliyevin  AzMİU-nun həyatında ucaldılmış büstünü ziyarət etmiş, üzərinə əklil qoymuşlar.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova toplantıda giriş sözü ilə çıxış edərək, bu mötəbər hadisə münasibətilə iştirakçıları təbrik etdi. Qeyd etdi ki, Avropanın memarlıq unversitetlərindən 40 artıq nümayəndənin qatıldığı bu mötəbər tədbir, mahiyyət və prinsipial baxımından mühüm və vacib prinsipləri özündə ehtiva edir. Avropanın memarlıq mərkəzləri ilə inkişaf edən əlaqələr kontekstində keçirilən bu toplantının Azərbaycan memarlıq məktəbinin əlaqələrinin genişlənməsi baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirən G.Məmmədova memarlıq istiqamətində əməkdaşlığın qurulmasında dövlətimizin də maraqlı olduğu qeyd etdi. G.Məmmədova 5 ildən artıqdır ki, Avropa memarlıq mərkəzi ilə əlaqələrin qurulduğunu və həmin vaxtdan da AzMİU-nun bu təşkilata üzv olduğunu bildirdi. Vurğuladı ki, bu cür əlaqələr vasitəsilə nəinki Avropanın, həmçinin, bütün dünyanın Memarlıq məktəbləri arasında təhsil və inteqirasiya daha da genişlənir: "Bakıda ilk dəfə olaraq keçirilən bu toplantı  çərçivəsində avropalı tələbələrlə, azərbaycanlı tələbələr arasında, eyni zamanda, müəllimlər də qarşılıqlı münasibətlər fonunda əməkdaşlığa qoşulurlar. Məhz bu toplantının da adının dəniz və çay sahili şəhərlərinin müasir urbanizasiyası mövzusuna həsr edilməsi də təsadüfi deyildir. Ona görə də, belə bir mövzu ətrafında toplantıda iştirak edən ölkələrin özləri də olduqca maraqlıdırlar" deyən G.Məmmədova bu beynəlxalq toplantının reallaşmasında Fransanın ölkəmizdəki səfirliyinin də rolunu müsbət qiymətləndirib.
Toplantının digər çıxışçısı Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Rizvan Bayramov 3 ildən artıqdır ki, AzMİU ilə Mədəniyət və Turiz Nazirliyinin əməkdaşlıq etdiyini bildirdi. R.Bayramov da ölkəmizdə Avropanın əsas memarlıq məktəbinin nümayəndələrinin iştirakı ilə keçirilən bu mötəbər toplantının təsadüfi hal olmadığını iştirakıların diqqətinə çatdırdı. Qeyd etdi ki, ölkəmiz memarlıq və inşaat işlərində öz milli dəyərlərimizlə yanaşı Avropa dəyərlərinə də önəm verir. Məhz bunun nəticəsi olaraq da, belə bir toplantıda Avropanın aparıcı memarlıq məktəblərinin nümayəndələrinin iştirakını mühüm hadisə adlandıran R.Bayramov bu cür görüşlərin və tədbirlərin əsas mahiyyətinin geniş təcrübə mübadiləsinə əsaslandığını bildirdi.
Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller də beynəlxalq tədbir iştirakçıları salamlayaraq, toplantının reallaşmasında əməyi keçən hər kəsə öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, Avropanın Memarlıq Mərkəzi 12 Avropa dövlətinin aparıcı universitetləri tərəfindən yaradılıb: "Bakıda belə bir toplantının keçirilməsi Avropa universitetləri ilə Azərbaycanın memarlıq məktəbləri arasındakı əlaqələri, əməkdaşlığı və inteqrasiyanı daha da genişləndirəcək. Avrpanın nüfuzu memarlıq məktəblərində bu toplantıda iştirk edənlər də Azərbaycanın nə qədər önəmli ölkə olduğunu dərk edəcəklər" deyən Q.Keller 2005-ci ildən AzMİU-nu ilə əmkdaşlıq edildiyini bildirdi. Qeyd etdi ki, Bakı və onun ətraf  ərazilərini əhatə edəcək bu proqram çərçivəsində müasirlik və irslə bağlı təkliflər də yer alacaq. Bu konkursun Bakıya salınmasının da özlüyündə-öz effektlərinin olduğunu bildirən Q.Keller toplantının işinə uğurlar arzuladı.
Onu da qeyd edək ki, beynəlxalq toplantının keçirilməsində və proqramın reallaşmasında  Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Memarlıq və İnşaat  Universitetinin, Azərbaycan Memarlar İttifaqının da xüsusi vəzifələri vardır.

Digər xəbərlər