PDF Oxu

Sosial

  • 6

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin açılışı olub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin açılışı olub
Dünən 4 illik təmirdən sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin açılışı olub. Muzeyin direktoru Rəfael Hüseynovun sözlərinə görə, mədəniyyət mərkəzinin bu günə açılışı təsadüfi deyil. Qeyd edim ki, Azərbaycan hökumətinin qərarı ilə 1939-cu ilin noyabr ayının 1-də yaradılan muzeyin açılışı bir sıra səbəblərə, o cümlədən, elan olunmadan İkinci Dünya müharibəsinə görə, bir müddət təxirə salınıb. Muzey ilk dəfə qapılarını 1945-ci il mayın 14-də tamaşaçılarının üzünə açıb.
Yenidənqurmadan sonra muzeyin ərazisində də bir sıra yeniliklər yaranıb. Əvvəl 800 kvadratmetr sahəsi olan muzeyin ərazisi artırılaraq, 2500 kvadrat metrə çatdırılıb. 18 zaldan ibarət olan ekspozisiya sahəsi isə əsaslı şəkildə təmir olunduqdan sonra genişləndirilərək 30 əsas, 10 köməkçi zalda yerləşdirilib. Bundan əlavə kütləvi tədbirlərin keçirilməsi üçün 250 75 yerlik 2 böyük zal yüksəkkeyfiyyətli mebel avadanlıqları ilə təmin edilib. Muzeyin bütün zalları kompüterləşdirilib. Əcnəbi tamaşaçıları da nəzərə alan muzey rəhbərliyi 3 dildə informasiya bazası yaradıb.
Muzeyin direktorunun sözlərinə görə, artıq sabahdan etibarən, paytaxt əhalisi muzeyə baxmağa gələ biləcək. Amma muzeyə giriş bir qədər fərqli olacaq. Belə ki, yeni qaydalara əsasən, muzeyin təhlükəsizliyini, həmçinin, ekskursantların sayının elə də çox olmaması nəzərə alınaraq, muzeyə baxış yalnız kollektiv şəkildə həyata keçiriləcək. Muzeyin saxlanılması xərcləri çox vəsait tələb etdiyindən giriş haqqı tələbə və şagirdlər üçün 2 manat, sıravi vətəndaşlar üçün 5, əcnəbi turistlər üçün isə 10 manat nəzərdə tutulub.

Digər xəbərlər