Cəmiyyət

  • 487

Musakücəlilərin sevinci - FOTOLAR

image

Masallı rayonunun Musakücə kəndində həkim məntəqəsi istifadəyə verilib

Sentyabrın 21-də Masallı rayonunun Musakücə kəndində müasir səviyyədə yenidən inşa edilən həkim məntəqəsinin açılışı olub. Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, şəhid və qazi ailələri, səhiyyə işçiləri və kənd sakinləri iştirak ediblər.

Keçən ilin payızından tikintisinə başlanılan, 9 otaqdan ibarət yeni tibb müəssisəsi müasir tibbi ləvazimatları və avadanlıqla təchiz olunub. Vətəndaşların sağlamlığına xidmət edəcək təzə məntəqədə ilkin tibbi yardım, peyvəndlərin aparılması və tibbi- profilaktiki tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb.Yeni səhiyyə ocağının açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov kənd sakinlərini və rayonun səhiyyə işçilərini bu münasibətlə təbrik edib onlara sağlam həyat arzulayıb. RİH başçısı son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, kənddə yeni tibb ocağının istifadəyə verilməsinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionlarda səhiyyənin inkişafına göstərdiyi qayğının nəticəsi kimi qiymətləndirib. İcra başçısı bildirib ki, yeni səhiyyə ocağının ərsəyə gəlməsində Milli Məclisin deputatı Məşhur Məmmədovun övladı, Heydər Əliyev Fondunun gənc təmsilçisi Məntiq Məmmədovun xüsusi zəhməti vardır.

-Yeni məntəqədə işlər günün tələblərinə cavab verməli, kənddə xüsusən ən ümdə vəzifə sayılan vətəndaşların vətəndaşların peyvəndləmə prosesidir. Ağxalatlılar unutmamalıdırlar ki, peyvəndləmə tez qurtarsa, xəstəmiz də az olacaq. Bu məsul işinizdə sizə uğurlar arzulayıram. Yeni tibb ocağınız mübarək olsun, heç vaxt xəstələnməyəsiniz, — deyə icra başçısı nitqində vətəndaşların bir daha tez bir vaxtda vaksin olunmasını tövsiyə edib.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı Məşhur Məmmədov, şəhid Fayəddin Xancanovun qardaşı, şəhid F.Xancanov adına Musakücə kənd tam orta məktəbinin tərbiyə üzrə direktor müavini Rizvan Rzayev, məntəqənin müdiri Şəbnəm Şükürova və başqaları ölkədə səhiyyənin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbir iştirakçıları müasir tibb avadanlığı ilə təchiz edilmiş həkim məntəqəsinin otaqlarını gəzmiş, burada yaradılan şəraitlə yaxından tanış olmuşlar.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər