Cəmiyyət

  • 1 656

“Pandemiyanın bitməsinin yolu hər kəsin vaksin olunmasından asılıdır” - XƏBƏRDARLIQ EDİLDİ

image

"Hər kəsə üçüncü doza vurmağı tövsiyyə edirəm. Dünyanı bir kabus kimi cənginə alan koronavirus artıq iki ilə yaxındır ki, insanların yaşayışını çətinləşdirməklə yanaşı milyonlarla insanın həyatına son qoyub. Bəşəriyyəti bu bəladan xilas edəcək və insanların normal həyatlarına dönmələri üçün, eləcə də dünyada pandemiyanın bitməsinin yolu hər kəsin vaksin olunmasından asılıdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.


Onun sözlərinə görə, əhalinin peyvənd olunması ilə bağlı ölkəmizdə vəziyyəti qənaətbəxş saymaq olar: “Lakin hələ hədəflərimizə çatmamışıq. İnsanlarımız vaksin olunmağı xəstəliklərdən qorunmaları ilə yanaşı, bir vətəndaş məsuliyyəti kimi də qəbul etməlidirlər. Bu gün əksər ölkələr vaksin çatışmazlığından əziyyət çəkirlər. Ölkə başçısı cənab İlham Əliyevin səyi və şəxsi nüfuzu nəticəsində Azərbaycan vaksin çatışmazlığı problemi ilə üzləşməyib. Hal-hazırda vətəndaşlarımıza 4 növ vaksin təqdim olunur. Vaksinlər insan orqanizmində koronavirusa qarşı anticisimlər yaradır. Vaksin vurulduqdan sonra insanın orqanizmi virusla tanış olur. İnsan koronovirusa yoluxan zaman orqanizmdəki anticisimlər virusa qarşı effektli mübarizə apara bilir və insan xəstəliyi çox yüngül keçirdir”.

Kamilə Əliyeva fikirlərinə davam edərək həmçinin qeyd edib ki, peyvənd vurulduqdan sonra orqanizmdə yaranan anticisimlər müəyyən müddət keçəndən sonra zəifləyir: “Bu səbəbdən anticisimlərin qalma müddətini artırmaq məqsədilə üçüncü doza, buster dozasının vurulması çox əhəmiyyətlidir. Üçüncü doza vaksinlərin yaratdığı anticisimlər əvvəlki dozaların davamlığından üç dəfə artıqdır. ABŞ, Böyük Britaniya və İsrailin elm mərkəzlərində aparılmış tədqiqatlar və sınaqlar sübut edir ki, buster doza almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmadan qorunma isə 19 dəfə artıqdır. Buster doza koronovirusun yeni yaranmış ştammlarına, xüsusən delta ştammına qarşı çox effektli təsir göstərir. Üçüncü dozanın yan təsirlərinə çox nadir hallarda rast gəlinir. Bu yan təsirlər əvvəlki birinci və ikinci dozaların yan təsirindən fərqlənmir. Vətəndaşlarımızı, xüsusən risk qrupuna aid insanlarımızı, yaşı 50 dən artıq olan hər kəsi üçüncü doza vaksin vurmalarını tövsiyə edirəm. Bu hər birimizin, ümumilikdə insanlarımızın sağlam həyat sürmələri üçün çox vacibdir”.

Abutel İlhamqızı

Digər xəbərlər